İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası

 İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası
  10 Fevral 2021    Oxunub:2845
İtkin düşən erməni əsgərlərinin valideynləri Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirir.

Azvision.az xəbər verir ki, etirazçılar səfir Sergey Kopırkinə görüşmək, ona məktub çatdırmaq istədiklərini deyiblər.
Binanın qarşısına Eçmiadzində yerləşən bölmənin 40 hərbçisinin yaxınları toplaşıb. Onlar bildiriblər ki, övladları Qarabağdakı müharibə zamanı Zəngilana aparılıb, o vaxtdan xəbər ala bilmirlər.

"Bütün səlahiyyətli strukturlara müraciət etdik, lakin heç kim bizə kömək etmir. Heç kim övladlarımızın tapılması ilə məşğul olmur. İndi səfirin bizi dinləməsini istəyirik. Nə vaxta kimi gözləyəcəyik?”, - deyə əsgərlərdən birinin atası Tiqran Adoyan bildirib.

Onlar sabah hökumət binasına yürüş edəcəklərini söyləyiblər.

Aksiya iştirakçıları hakimiyyətə gəlmək istəyən ikinci prezident Robert Koçaryana da müraciət etmək qərarına gəliblər.

Qeyd edək ki, bu, Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirilən ilk aksiya deyil. Bundan əvvəl də belə aksiyalar olub. Diplomatik nümayəndəlikdən bildirilib ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli səfirin səlahiyyətlərinə aid deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Rusiya   Səfirlik   Aksiya  





Xəbər lenti