147 yeni yoluxma aşkarlandı, 4 nəfər vəfat etdi

 147 yeni yoluxma aşkarlandı, 4 nəfər vəfat etdi
  10 Fevral 2021    Oxunub:2942
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 428 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7298, ötən müddət ərzində isə 2 470 908 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti