Polis əməkdaşları maarifləndirici tədbir keçirib

Polis əməkdaşları maarifləndirici tədbir keçirib
  10 Fevral 2021    Oxunub:1157
Laçın Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin dəstəyi ilə təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsi məqsədilə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində "Uşaqları qoruyaq" adlı maarifləndirici tədbir keçirilib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, yol polisi əməkdaşlarının iştirak etdiyi tədbirdə, xüsusi karantin qaydaları, sosial məsafə gözlənilməklə şagirdlər yol hərəkəti qaydaları ilə yaxından tanış edilib və bədbəxt hadisə yarada biləcək təhlükələr barədə məlumatlandırılıb.

Azvision.az



Teqlər: DİN  






Xəbər lenti