Navalnının xanımı Almaniyaya getdi

Navalnının xanımı Almaniyaya getdi
  10 Fevral 2021    Oxunub:1935
Rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Qeyd edilib ki, Y.Navalnaya Moskvanın Domodedovo hava limanından Frankfurt-Mayna uçub.
Onun vəkili Svetlana Davıdova hələlik məlumatı şərh etməyib.

Xatırladaq ki, A.Navalnı Berlindən qayıdarkən saxlanılıb, Moskva məhkəməsi “Yves Rocher” işi üzrə onun şərti cəzasını ləğv edib. Müxalifətçiyə 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Navalnı   Almaniya  





Xəbər lenti