Ötən il hərbçilərə 485 mənzil verilib

   Ötən il hərbçilərə 485 mənzil verilib
  10 Fevral 2021    Oxunub:1933
Keçən il dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.

Qeyd edilib ki, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Azvision.az


Teqlər: Hərbçi   Mənzil  





Xəbər lenti