Ərdoğan ilk türk kosmonavtının qadın olmasını istəyir

 Ərdoğan ilk türk kosmonavtının qadın olmasını istəyir
  11 Fevral 2021    Oxunub:2225
Prezident Rəcəb Tayyib Ərdoğan istəyir ki, Türkiyədən kosmosa ilk olaraq qadın uçsun.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

“Prezident kosmosda ilk Türkiyə vətəndaşının qadın olmasına tərəfdardır. Biz orbitə ölkənin bu missiya üçün ən uyğun sakinini göndərəcəyik”, - deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyə Kosmik Agentliyi texnoloji inkişafın yeni mərhələsinə çıxmağa şərait yaradan və kosmik iqtisadiyyat sahəsində imkanlar açan proqram hazırlayıb.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti