Britaniyada son sutkada 1001 nəfər virusdan ölüb

Britaniyada son sutkada 1001 nəfər virusdan ölüb
  11 Fevral 2021    Oxunub:1895
Böyük Britaniyada son sutka ərzində 13 013 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 3 985 161 nəfərə çatıb.

Ötən 24 saatda daha 1001 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 114 851 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti