Avropa İttifaqı Rusiya peyvəndini qəbul etdi

Avropa İttifaqı Rusiya peyvəndini qəbul etdi
  11 Fevral 2021    Oxunub:2056
Avropa Dərman Agentliyi Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi ilə bağlı müraciəti rəsmi olaraq qəbul edib.
Azvision.az “Euronews” telekanalına istinadən xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun müraciəti yanvarın 29-da Agentliyə daxil olub.

Fondun rəhbəri Kirill Dmitriyev dərmanın Avropa İttifaqına yay aylarından əvvəl verilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa İttifaqına vaksinlərin tədarükü yalnız Rusiyadakı vaksinasiya kampaniyası başa çatandan sonra təşkil ediləcək və peyvənd etmək istəyən hər kəs bundan istifadə edə biləcək.

Qeyd edək ki, Rusiyada vaksinasiya artıq iki ay əvvəl başlayıb.

Azvision.az


Teqlər: Rusiya   Vaksinasiya  





Xəbər lenti