Ötən il müdafiə sahəsinə nə qədər vəsait xərclənib?

 Ötən il müdafiə sahəsinə nə qədər vəsait xərclənib?
  11 Fevral 2021    Oxunub:2154
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3787,5 milyon manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 milyon manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda qeyd olunub.

Bildirilib ki, bu göstərici 2019-cu illə müqayisədə 1072,6 milyon manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Azvision.az


Teqlər: Büdcə   Müdafiə  





Xəbər lenti