Bir gündə 334 mindən çox yoluxma qeydə alınıb

Bir gündə 334 mindən çox yoluxma qeydə alınıb
  11 Fevral 2021    Oxunub:1866
Dünyada koronavirus yoluxanların sayı 334 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 334 648 nəfər koronavirus infeksiyasına yoluxub, 10 702 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 106 555 206, ölənlərin isə 2 333 446 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti