Almaniyada yoluxma sayı 2,3 milyonu ötüb

Almaniyada yoluxma sayı 2,3 milyonu ötüb
  11 Fevral 2021    Oxunub:1483
Almaniyada son bir gündə 10 237 nəfər koronavirus infeksiyasına yoluxub, 666 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 310 233 yoluxma halı aşkarlanıb, 63 635 ölüm faktı qeydə alınıb.

İndiyədək virusa yoluxmuş 2,1 milyona yaxın xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti