Sarkisyan tərəfdarları ilə çadırda görüşdü

Sarkisyan tərəfdarları ilə çadırda görüşdü
  11 Fevral 2021    Oxunub:1681
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Vətənin xilası hərəkatı” tərəfdarlarının Respublika meydanında qurduğu çadıra baş çəkib.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, Sarkisyan çadırda olan Respublika partiyasının üzvləri ilə görüşüb. Sabiq prezident bir saatdan artıq görüş keçirib.

Xatırladaq ki, “Vətənin xilası hərəkatı”nın təşəbbüsü ilə keçən ildən bəri Respublika meydanında çadır qurulub. Bu hərəkatda Ermənistanın 20-dək siyasi partiyası birləşib və onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti