Türkiyədə iki milyondan çox insan peyvənd olunub

Türkiyədə iki milyondan çox insan peyvənd olunub
  11 Fevral 2021    Oxunub:1513
Türkiyədə indiyədək 2 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub. Vaksinasiyadan keçənlər arasında ciddi yan təsirlər müşahidə edilməyib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, istifadə olunan peyvənd virusa yoluxma hallarının və ağırlaşmanın qarşısını alır.

“Sinovac vaksini virusun mutasiya olunan versiyasından ən az təsirlənən peyvənddir. Bu günə qədər vaksinasiya ilə əlaqədar xüsusi ağır durum və ya ölüm hadisəsi qeydə alınmayıb", - deyə nazir vurğulayıb.

Azvision.az



Teqlər: Türkiyə   Vaksin  





Xəbər lenti