Blinken Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə müzakirələr aparıb

Blinken Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə müzakirələr aparıb
  11 Fevral 2021    Oxunub:1556
ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan əl-Saud ilə krallığın müdafiəsinə dair vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Blinken husilərin Abha Beynəlxalq Hava Limanına mülki təyyarənin zərər çəkməsi ilə nəticələnən hücumunu qınayıb. Dövlət katibi və XİN rəhbəri Səudiyyə Ərəbistanının hücumlara qarşı müdafiəsini gücləndirmək üçün ortaq səyləri də müzakirə ediblər", - deyə məlumatda bildirilib.

Həmçinin, tərəflər Yəməndəki münaqişənin siyasi yolla həllinin mümkünlüyünü müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəudiyyəƏrəbistanı   ABŞ  



Xəbər lenti