“Qarabağ Azərbaycandır” kitabı və “Qanun keşikçiləri” filmi təqdim olundu
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb. Nəşrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qabiliyyətinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının və hərbi qüdrətinin təzahürü olan şanlı Vətən müharibəsində parlaq Qələbə, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, yardıma ehtiyacı olan ailələrə göstərdiyi xeyirxah və nəcib qayğı, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatrılması istiqamətində görülən tədbirlər geniş işıqlandırılıb.
Vurğulanıb ki, 5 bölmədən ibarət 590 səhifəlik ibarət kitab Baş prokuror Kamran Əliyevin müəllifi olduğu “Müqəddimə” ilə başlayır. Kitabın “Ölkədə” adlandırılan birinci bölməsində dövlətimizin başçısı İlham Əliyevin Vətən müharibə dövründə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi fəaliyyəti, keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Təhlükəsizlik Şurasının iclasları, komanda-qərargah toplantıları, xalqa müraciətləri, işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumatlar yer alıb.
Daha sonra “Qanun keşikçiləri” filminin təqdimatı keçirilib.
Azvision.az
Teqlər: Baş-Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


