Türkiyədə peyvəndlərin ikinci dozası vurulur

Türkiyədə peyvəndlərin ikinci dozası vurulur
  11 Fevral 2021    Oxunub:1765
Türkiyədə koronavirusa qarşı peyvəndləmə prosesinin ikinci mərhələsi başlayıb.
Azvision.az xəbər verir ki, bu gündən etibarən daha əvvəl peyvəndlənmiş şəxslərə vaksinin ikinci dozası vurulacaq.

Qeyd olunur ki, iki doza arasında müddət 28 gün davam edir. Ölkədə indiyədək peyvənd olunan vətəndaşların sayı 3 milyona çatır.

Türkiyədə Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. Bu günə qədər peyvəndin mənfi təsirlərinə rast gəlinməyib.

Azvision.az


Teqlər: Türkiyə   Vaksinasiya  



Xəbər lenti