“İranın XİN rəhbəri Paşinyanı məzəmmət edib” - Sabiq səfir
Onun sözlərinə görə, XİN rəhbəri Paşinyana Ermənistan hakimiyyətinin bərbad siyasətinin bölgədəki geosiyasi sistemin çökməsinə səbəb olduğunu açıq şəkildə ifadə edib. Minasyan qeyd edib ki, ona qapalı danışıqlar barədə məlumat bu yaxınlarda yüksək səviyyəli bir İran rəsmisi ilə görüşdə çatdırılıb.
Sabiq diplomat qeyd edib ki, baş nazirin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanın və müttəfiqlərinin irəliləməsinə imkan verən situasiya yaranıb: "Ən paradoksal olanı budur ki, İran artıq sözün həqiqi mənasında Ermənistanla olan quru sərhəddə nəzarət edə bilmir. Çünki İrandan Sünikdən keçməklə İrəvana gedən yolu erməni hərbçilər yox, Rusiya və Azərbaycan əsgərləri idarə edirlər. Nazir Ermənistan hökumətini bütün regional tarazlığı pozduğuna görə məzəmmət edib".
Minasyan, həmçinin bildirib ki, əslində, bu gün onlar üç paralel reallıqda yaşamağa davam edirlər. Birincisi müharibədən sonra yaradılan geopolitik konfiqurasiyada yeni reallığın formalaşmasıdır. İkinci reallıq faktiki olaraq hər gün Ermənistan və Azərbaycan sərhədində və Qarabağ ərazilərində baş verənlərdir. Üçüncüsü isə yalnız Nikola bəlli olan, beynində dolaşan reallıqlardır.
Turak Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


