Sabah hava yağmursuz olacaq
Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Fevralın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azvision.az