İtkin düşmüş erməni əsgərlərin yaxınları yenə aksiya keçirdi

 İtkin düşmüş erməni əsgərlərin yaxınları yenə aksiya keçirdi
  11 Fevral 2021    Oxunub:2243
İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin yaxınları İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Azvision.az xəbər verir ki, etirazçılar itkin düşən hərbçilərin uşaqlarını da özləri ilə gətiriblər.

Hərbçi ailələri 106 gündür ki, övladları barədə məlumat ala bilmədiklərini deyiblər.

Onlar Eçmiadzində yerləşdirilmiş bölmənin 40 əsgərinin Qarabağ müharibəsi zamanı Zəngilana aparıldığını, o vaxtdan bəri yaxınlarından məlumatsız olduqlarını bildiriblər.

Əsgər valideynləri, həmçinin qeyd ediblər ki, heç kim onlarla maraqlanmır və dövlət qurumları tərəfindən şikayətlərinə baxılmır: "Hazırkı hökumət bu məsələni həll edə bilmirsə, qoy, bunu edə biləcək başqası tapılsın".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  



Xəbər lenti