Müdafiə nazirləri birgə təlimləri izlədilər

Müdafiə nazirləri birgə təlimləri izlədilər
  11 Fevral 2021    Oxunub:2017
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın iştirakı ilə Qars şəhərində “Qış təlimi-2021” birgə təlimlərinin “Ali müşahidəçi günü” keçirilib.
Azvision.az xəbər verir ki, təlimlərin Baş Qərargahında iki ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə məlumat verilib. Nazirlər daha sonra hərbi təlimləri izləyiblər.

Budan əlavə, müdafiə nazirləri yeni nəsil texnika və avadanlıqlarla, hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.

Azvision.az


Teqlər: Təlim   Müdafiə-Nazirliyi  





Xəbər lenti