Baş infeksionist: “Uşaqlar yaşlıları virusa yoluxdura bilər”

  Baş infeksionist:  “Uşaqlar yaşlıları virusa yoluxdura bilər”
  11 Fevral 2021    Oxunub:3289
Ümumtəhsil məktəblərində əyani tədris qismən bərpa olunub. Valideynlərin övladlarını koronavirusa yoluxmadan qorumaq üçün məktəbə göndərməmələri, narahatlıq keçirmələri təbii haldır. Heç kim uşağının yoluxmasını istəmir. Amma bir neçə aydır ki, pandemiya şəraitində yaşayırıq, pandemiya həyatımızın bir hissəsinə çevrilib. Ömürlük distant təhsillə tədris mümkün deyil. Əgər şərait imkan verirsə, əyani tədrisi bərpa etməliyik. Buna görə də dövlət qurumları, Operativ Qərargah prosesi izləyir və qərarlar qəbul edir.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, uşaqlar xəstəliyi yüngül keçirirlər.

“Onların yoluxma halları baş versə də, əksər hallarda uşaqlar xəstəliyi simptomsuz keçirir və xəstələnmir. Xəstələnsə belə ağır hallara böyüklərlə müqayisədə az rast gəlinir. Bunu yüngül resperator infeksiya kimi keçirirlər. Uşaqlarda pnevmaniyanın baş verməsi nadir hallarda olur. Uşağın piylənməsi varsa, həddən artıq kökdürsə, yanaşı xroniki ağır xəstəlikləri varsa, onların xəstələnməsi zamanı ağırlaşmaya rast gəlinə bilər. Bu uşaqlarla bağlı təşviş yaşana bilər. Lakin immun sistemi yaxşı olan və heç bir xroniki xəstəliyi olmayan uşaqlar infeksiyanı fəsadsız keçirirlər. Uşaqlar özləri infeksiyasının mənbəyi kimi yaşlıları yoluxdura bilər. Bu, təhlükəlidir”.

Azvision.az



Teqlər: Uşaq   Koronavirus  






Xəbər lenti