“Mutasiyalarda yoluxma sürətinin artması sübut olunub”

“Mutasiyalarda yoluxma sürətinin artması sübut olunub”
  11 Fevral 2021    Oxunub:1962
Koronavirus mutasiya edir və bu, çoxsaylıdır. Mutasiyalar yenə baş verəcək. Bu zaman virusun xüsusiyyətləri dəyişə bilər.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, yeni mutasiya olunmuş virusa yoluxan uşaqların xəstəliyi necə keçirməsi insanları narahat edir.

“Yeni mutasiyalarda yoluxma sürətinin artması sübut olunub. Amma xəstəliyin ağırlaşması, ölüm hallarının artması və digər fərziyələr öz təsdiqini tapmır. Uşaqlar arasında vaksinasiya prosesi aparılmır, çünki onlar risk qrupuna aid deyil. Vaksinlərin təhlükəsizliyi və effektivliyi uşaqlar arasında öyrənilməyib. Burada sadə qaydalara əməl edilməsi, əllərin yuyulması, qoruyucu vasitələrdən istifadə edilməsi vacibdir. Belə yolla uşaqlar arasında xəstələnmə hallarını müəyyən qədər məhdudlaşdıra bilərik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  






Xəbər lenti