Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşdü - FOTO

 Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşdü -  FOTO
  11 Fevral 2021    Oxunub:3223
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla Qars şəhərində keçirilən “Qış təlimi-2021” təlimlərini izləyib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, mərasimə Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Dəniz Qüvvələri komandiri admiral Adnan Özbal, Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz də qatılıb.

Əvvəlcə onlar Baş Komandanlıq Mərkəzində təlim haqqında məlumat alıblar.

Akar orada bişirilən çörəklərdən birini bölərək Z.Həsənova və komandirlərə təqdim edib. Daha sonra yerli istehsal olan zirehli təcili yardım maşınları ilə tanış olublar.










Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar   Zakir-Həsənov  



Xəbər lenti