Avropada hər həftə 1 milyondan çox insan virusa yoluxur

 Avropada hər həftə 1 milyondan çox insan virusa yoluxur
  11 Fevral 2021    Oxunub:1983
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klyuqe Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyəti qiymətləndirib.
Azvision.az -ın məlumatına görə, o bildirib ki, Avropa regionunda hər həftə 1 milyondan çox yoluxma qeydə alınsa da, xəstəliyin yayılması dörd həftə ardıcıl olaraq azalmaqdadır.

ÜST rəsmisi əlavə edib ki, yeni ölüm sayı da iki həftə ərzində azalıb.

“Bir daha təkrar etməliyəm ki, ölkələrdə sosial tədbirlərin aradan qaldırılmasına dair qərarlar epidemioloji qiymətləndirmələrə və səhiyyə sisteminin potensialına əsaslanan dəlillər əsasında verilməlidir. Kriteriyalar nisbi irəliləmə ilə bağlı müşahidələrlə deyil, dəlillərə əsaslanmalıdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti