Azərbaycanda daha 140 nəfərdə virus aşkarlandı

 Azərbaycanda daha 140 nəfərdə virus aşkarlandı
  11 Fevral 2021    Oxunub:2551
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 205 nəfər müalicə olunaraq sağalıb, 140 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 119 nəfər müalicə olunaraq sağalıb, 3170 nəfər vəfat edib. Aktiv xəstə sayı 2360 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 478 min 223 test aparılıb. Bugünkü test sayı isə 7315-dir.



Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti