Ərdoğana peyvəndin ikinci dozası vuruldu

Ərdoğana peyvəndin ikinci dozası vuruldu
  11 Fevral 2021    Oxunub:2083
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

"İkinci doza COVID-19 peyvəndi aldım. İnşallah, ən qısa müddətdə bütün vətəndaşlarımızı peyvənd etməyi hədəfləyirik", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac”la peyvənd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Vaksin  





Xəbər lenti