Ermənistanda fərariliyə görə icma rəhbərlərinə cinayət işi açıldı

Ermənistanda fərariliyə görə icma rəhbərlərinə cinayət işi açıldı
  11 Fevral 2021    Oxunub:2223
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ehtiyatda olanları qanunsuz şəkildə səfərbərlikdən azad etmək şübhəsiylə bir sıra icmaların rəhbərlərinə cinayət işi açıb.
Azvision.az xəbər verir ki, bu barədə MTX-nin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, Ayqeşat, Aytax, Araqas, Voskeat və Mrqastan kənd icmalarının rəhbərlərinə qarşı cinayət işi başlanılıb.

Məlumata görə, sentyabrın 27-də Qarabağda müharibə başladıqdan sonra ehtiyatda olanlara çağırış göndərilib. Lakin icma rəhbərləri öz rəsmi mövqelərindən istifadə edərək bir sıra şəxslərin adlarını reyestrdən çıxarıb və onların ölkədə ehtiyatda olanların siyahısında olmadığına dair Müdafiə Nazirliyinə saxta sənədlər göndəriblər.

İcma rəhbərləri saxtakarlığa və faktiki olaraq fərariliyə yol açdıqları üçün məsuliyyətə cəlb olunacaqlar. İş üzrə ibtidai istintaq davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti