İstanbulda yaşayış binasında partlayış olub

İstanbulda yaşayış binasında partlayış olub
  11 Fevral 2021    Oxunub:1958
Türkiyənin İstanbul şəhərində güclü partlayış olub. Hadisə Bahçelievler rayonunda yerləşən yaşayış binasında baş verib.
Azvision.az xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Partlayışın qaz sızması və ya elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verdiyi bildirilir. Xəsarət alanlarla bağlı məlumat verilməyib, araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   İstanbul   Partlayış  



Xəbər lenti