Obamadan Ərdoğana kritik zəng

Obamadan Ərdoğana kritik zəng
  20 Fevral 2014    Oxunub:1040
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Suriya məsələsi müzakirə edilib. Ərdoğan və Obama rəsmi Dəməşqin təzyiq siyasəti nəticəsində Suriyada yaranan terrorizmə qarşı mübarizə aparmaq üçün iki ölkə arasında yaxın iş birliyi qurmalı olduqlarını deyiblər.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər İraqdakı enerji məsələləri və İsraillə münasibətlərin normallaşması ilə bağlı da müzakirələr ediblər:

`Baş nazir və ABŞ prezidenti dünya iqtisadiyyatının güclü və davamlı inkişafa ehtiyacı olduğunu, pul bazarının hüquqi çərçivədə təhülkəsizliyini təmin edəcək siyasətin əhəmiyyətli olduğunu bildiriblər`.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti