ÜST: Ötən sutka 413 mindən çox yoluxma olub

   ÜST:    Ötən sutka 413 mindən çox yoluxma olub
  12 Fevral 2021    Oxunub:2041
Dünyada koronavirusa yoluxanların sayı 413 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 413 858 nəfər koronavirus infeksiyasına yoluxub, 12 787 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 106 991 090, ölənlərin isə 2 347 015 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti