Koronavirusa yoluxanların sayı 108 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 108 milyonu ötdü
  12 Fevral 2021    Oxunub:1979
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 108 milyon 298 min 371 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 378 min 863 nəfərdir. İndiyədək 80 milyon 343min 395 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 002 240 nəfər virusa yoluxub, 486 922 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 880 413 yoluxma qeydə alınıb. Onlardan 155 484 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 716 298 nəfərdə virus aşkar edilib. Xəstələrdən 236 397 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 027 748 yoluxma, 78 687 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 998 655 nəfər virusa yoluxub ki, onlardan 115 529-u ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti