Putin Münhen konfransında çıxış etməyəcək

 Putin Münhen konfransında çıxış etməyəcək
  12 Fevral 2021    Oxunub:2682
Rusiya Prezidenti Vladimir Putin bu ay keçiriləcək Münhen Təhlükəsizlik konfransında çıxış etmək niyyətində deyil.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya liderinin konfransda mümkün çıxışı ilə bağlı suala “xeyr” cavabını verib.

Xatırladaq ki, Münhen konfransı onlayn formatda 19-20 fevral tarixlərində keçiriləcək.
ABŞ Prezidenti Cozef Bayden 19 fevralda konfransda transatlantik əməkdaşlıq mövzusunda çıxış edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Münhenkonfransı  



Xəbər lenti