ABŞ daha 200 milyon doza peyvənd aldı
“Biz 100 milyon doza “Moderna” və 100 milyon doza “Pfizer” peyvəndi almaq üçün müqavilə imzaladıq”, - Bayden deyib.
Onun sözlərinə görə, əvvəllər alınan 200 milyon dozanın çatdırılması sürətləndirilib, peyvəndlər iyulun sonuna qədər tədarük ediləcək. Bundan əlavə, 100 milyon doza iyunda deyil, mayın sonunda alınacaq.
Bayden qeyd edib ki, 300 milyon amerikalını iyul ayının sonuna qədər vaksinasiyaya cəlb etmək üçün kifayət qədər peyvənd ehtiyatı var.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: peyvənd







Vaxtında, Aydın, Lazımlı!


