“Bir sıra dövlət şirkətləri tələblərə cavab vermir” - Mikayıl Cabbarov

 “Bir sıra dövlət şirkətləri tələblərə cavab vermir” -   Mikayıl Cabbarov
  12 Fevral 2021    Oxunub:3108
Bir sıra dövlət şirkətləri günün tələblərinə cavab vermir, idarəetmə fəaliyyəti aşağıdır, və şəffaflıq tam təmin edilmir.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlar büdcə gəlirlərinin formalaşmasında rol oynamaq əvəzinə ili zərərlə başa vururlar.

“Bu istiqamətdə işlər aparılır. Dövlət şirkətlərinin borclanmasına nəzarətin güclənməsi hədəflərdəndir. 2020-ci ildə yaradılan Azərbaycan İnvestisiya Holdinqi bu sahədə fəaliyyət göstərir və əsaslı islahalatlar hazırlanır”.

M.Cabbarov, həmçinin qeyd edib ki, qarşıdakı dövrdə yeni özəlləşmə prroqmının həyata keçirilməsi nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az


Teqlər: MikayılCabbarov  






Xəbər lenti