Ceyhun Əli işdən çıxdığını təsdiqlədi

Ceyhun Əli işdən çıxdığını təsdiqlədi
  12 Fevral 2021    Oxunub:1873
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, o, sosial şəbəkə hesabında məlumatı təsdiqləyərək, yenidən televiziyada fəaliyyətə başlayacağını bəyan edib:

“Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi Parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik. Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm”.

Xatırladaq ki, Ceyhun Əli ötən il Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

Azvision.az


Teqlər: Milli-Məclis  






Xəbər lenti