Rusiyada daha 507 nəfər koronavirusdan öldü

Rusiyada daha 507 nəfər koronavirusdan öldü
  12 Fevral 2021    Oxunub:1711
Rusiyada son sutka ərzində koronavirusa 15 089 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 042 837 nəfərə çatıb.

Rusiyada bir gündə 507 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 79 194 nəfərdir. İndiyədək 3 559 142 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti