Pakistan səfiri Oqtay Şirəliyevlə görüşüb

Pakistan səfiri Oqtay Şirəliyevlə görüşüb
  12 Fevral 2021    Oxunub:2317
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Tvitter” hesabında yazıb.

O bildirib ki, çox məhsuldar bir görüş keçirilib və səhiyyə sektorunun önəmli sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsi müzakirə edilib.

“Xüsusilə, dərman məhsulları, cərrahi alətlər və tibbi təhsil mövzularında fikir mübadiləsi aparıldı. Hər iki tərəf əməkdaşlığı davam etdirməyə razılığını ifadə etdi”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: səhiyyə  





Xəbər lenti