Rusiyadan Öcalana dəstək

Rusiyadan Öcalana dəstək
  27 Mart 2013    Oxunub:1427
Rusiyanın Xarici İşlər Nazirliyi Abdullah Öcalanın atəşkəs çağrısını dəstəkləyib
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə nazirlik məlumat yayıb.

“Türkiyədə PKK-nın mənəvi lideri Öcalanın atəşkəs elan etməklə bağlı çağırışı uzun illərdir davam edən böhranın həll olunmasında doğru addımdır”-deyə, nazirlikdən bildirilib.

Qeyd edək ki, hazırda Türkiyədə həbsdə olan Kürdüstan Fəhlə Partiyasının (PKK) keçmiş lideri Abdullah Öcalan atəşkəs elan edib. Onun bəyanatını kürd deputat Diyarbəkirdə keçirilən böyük mitinqdə elan edib. Öcalan kürd yaraqlılarını hərbi əməliyyatları dayandırmağa və Türkiyədən çəkilməyə çağırıb. 1984-cü ildən bu yana kürd separatçıları ilə Türkiyə ordusu arasında gedən silahlı mübarizədə 40 minədək adam ölüb.



Teqlər:  





Xəbər lenti