Münhen Konfransı əyani formada keçiriləcək

Münhen Konfransı əyani formada keçiriləcək
  12 Fevral 2021    Oxunub:2174
Münhen Təhlükəsizlik Konfransı - 2021 (MSC) yaxın aylar ərzində ənənəvi formada keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə forumun nümayəndəsi Tereza Fuks bildirib.

"Münhen Təhlükəsizlik Konfransı yaxın aylarda baş tutacaq. 19 fevralda keçiriləcək tədbir "MSC 2021"i əvəz etmir. Bu, yalnız konfransın xüsusi versiyasıdır", - Fuks deyib.

O, 19 fevrala planlaşdırılan onlayn konfransda ABŞ prezidenti Co Baydenin iştirakını təsdiqləyib.

Xatırladaq ki, tədbirdə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, BMT Baş katibi Antonio Quterriş, NATO Baş katibi Yens Stoltenberq və ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin də çıxışları gözlənilir. Almaniyanın kansleri Angela Merkelin konfransa qatılıb-qatılmayacağı hələ bəlli deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Münhen  





Xəbər lenti