Daha 191 nəfərdə koronavirus aşkarlandı

 Daha 191 nəfərdə koronavirus aşkarlandı
  12 Fevral 2021    Oxunub:2418
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 226 nəfər müalicə olunaraq sağalıb, 191 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 231 min 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib. Aktiv xəstə sayı 2322 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 485 min 483 test aparılıb. Bugünkü test sayı isə 7260-dır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti