Şəhidimizin Alparslanı dünyaya gəldi

 Şəhidimizin Alparslanı dünyaya gəldi
  12 Fevral 2021    Oxunub:4790
Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş baş giziri Camal İsmayılovun oğul övladı dünyaya gəlib.
Azvision.az -ın məlumatına görə, yeni doğulan körpəyə atasının sağlığında arzuladığı Alparslan adı qoyulub.

Qeyd edək ki, Camal İsmayılov Vətən müharibəsində xüsusi şücaəti ilə seçilən igid döyüşçülərimizdən biri olub. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən hərbçimizə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qəhrəman   XTQ   Övlad   oğlan  





Xəbər lenti