Azərbaycanda bu rüsumun məbləği azaldılır

 Azərbaycanda bu rüsumun məbləği azaldılır
  12 Fevral 2021    Oxunub:2371
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.
Azvision.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun məbləği azaldılaraq 1,5 manat müəyyən edilir.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Azvision.az


Teqlər: Rüsum   Milli-Məclis  





Xəbər lenti