Məktəblərdə sağlamlıqla bağlı sorğu keçiriləcək
Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində həyata keçiriləcək. Bu sırada yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdən başlayaraq sorğuya artıq start verilib, şagirdlərin və kollektivin sorğuda fəal iştirakı müşahidə edilib.
Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


