Avropa İttifaqı Lavrovun bəyanatına münasibət bildirdi

Avropa İttifaqı Lavrovun bəyanatına münasibət bildirdi
  12 Fevral 2021    Oxunub:2174
Avropa İttifaqı (Aİ) Rusiya xarici işlər naziri Sergey Lavrovun qurumla əlaqələrə dair fikirlərinə və Kremlin bu mövzuda şərhinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin sözçüsü Peter Stano deyib.

“Cənab Lavrovun açıqlamasına və Kremlin izahatlarına diqqət yetirdik. Bu fikirlərdən asılı olmayaraq, Aİ ilə Rusiya arasındakı münasibətlərin vəziyyəti yaxşı deyil. Rusiya ilə münasibətlərimizi dəyərlərimizə, maraqlarımıza, beynəlxalq hüquqa hörmətə və beynəlxalq təşkilatlar çərçivəsində götürülən öhdəliklərə uyğun qurmaq istəyirik. Eyni zamanda, yaxşı qonşuluq prinsipinin vacibliyinə sadiq qalırıq", - Stano Brüsseldə bu gün keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, Lavrov Rusiyanın iqtisadiyyatın həssas sahələri üçün risk yaradan sanksiyalar tətbiq olunacağı təqdirdə, Aİ ilə münasibətləri kəsməyə hazır olduqlarını bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Lavrovun açıqlamasının təhrif olunduğunu söyləyib: “Rusiya münasibətlərin kəsilməsinə təşəbbüs göstərməyəcək, əksinə, Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti