Qanunu pozan bələdiyyələrlə bağlı 10 cinayət işi açılıb
Toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə artıq cinayət işi başlanılıb.
Bundan başqa, bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati tədbirlər nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Nəticədə 396 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 8 min 217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 2 min 261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.
Azvision.az
Teqlər: Bələdiyyə Torpaq Qanun







Vaxtında, Aydın, Lazımlı!


