Manukyan erməniləri qiyama çağırdı

 Manukyan erməniləri qiyama çağırdı
  12 Fevral 2021    Oxunub:2136
İnsanlar qiyam etmək hüququna sahibdirlər və bu, bir çox ölkədə baş verib.
Azvision.az “News.am”a istinadla xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan mitinqdə jurnalistlərə deyib.

O bildirib ki, qiyamlara hazırlaşmırlar, bu, xalqın narazılığından baş verir. Manukyan, həmçinin insanları üsyana təhrik edəcəyini də etiraf edib:

“Mən öz tərəfimdən hər zaman üsyana təşviq edəcəyəm. Bu hakimiyyətin getməsi üçün istənilən tədbiri təşviq edəcəyəm. Tariximizdə ölkə liderinin dövləti bu qədər aşağılayıcı şəkildə məhv edib, satdığı vəziyyət olmayıb”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: qiyam  





Xəbər lenti