Qubernator koronavirus qurbanlarının sayını gizlədib

Qubernator koronavirus qurbanlarının sayını gizlədib
  12 Fevral 2021    Oxunub:2213
Nyu-York ştatının qanunverici məclisindəki respublikaçılar qubernator Endryu Kuomonun koronavirus qurbanlarının sayını düzgün təqdim etməyə mane olduğunu bəyan ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Onun, xüsusilə qocalar evlərində virusun səbəb olduğu ölüm hallarını gizlətdiyi vurğulanıb. Buna görə də qubernatorun istefası tələb edilir.

“Kuomo məsuliyyətə cəlb edilməli, onun impiçmenti ilə bağlı müzakirələr dərhal başlamalıdır”, - deyə Respublika partiyasının ştatdakı rəhbəri Nik Lenquorti bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nyu-York  



Xəbər lenti