Manukyan Azadlıq meydanını müxalifətin qərargahı elan etdi

Manukyan Azadlıq meydanını müxalifətin qərargahı elan etdi
  12 Fevral 2021    Oxunub:2142
Ermənistanın baş naziri vəzifəsinə müxalifətin vahid namizədi Vazgen Manukyan İrəvandakı Azadlıq meydanını “Vətənin qurtuluşu hərəkatı”nın qərargahı elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbilə İrəvanda keçirilən aksiyada deyib.

“Azadlıq meydanı bizim baş qərargahımızdır, təmsilçilərimiz həmişə burada olacaq, mən hər gün saat 17.00-dan 19.00-a qədər buradayam", - Manukyan bildirib.

O, tərəfdarlarını gələcək addımları müzakirə etmək üçün meydana çağırıb.

Xatırladaq ki, Ermənistan müxalifəti 20 fevral tarixinə böyük mitinq elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Mitinq  





Xəbər lenti