Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi

 Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi
  12 Fevral 2021    Oxunub:2502
Dövlət Miqrasiya Xidməti (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatları DMX-nin vahid miqrasiya məlumat sisteminə daxil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanda qeyd olunub.

Eyni zamanda, DMX-nin vahid miqrasiya məlumat sistemi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim olunacaq.

Azvision.az


Teqlər: DMX   Miqrasiya   İlham-Əliyev  





Xəbər lenti