Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi

Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi
  12 Fevral 2021    Oxunub:3175
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun ikinci iclası keçirilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, işçi qrupdakı nümayəndə Mqer Qriqoryanın ofisindən bildirilib. Görüş videokonfrans formatında keçirilib.
İclasda baş nazirlərin müavinləri- Azərbaycandan Şahin Mustafayev, Ermənistandan Mqer Qriqoryan, Rusiyadan Aleksey Overçuk iştirak ediblər.

Danışıqlar zamanı təhlükəsizlik məsələləri, eləcə də bölgədəki kommunikasiyaların blokdan çıxarılması müzakirə olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Görüş  





Xəbər lenti